0
Saturday 25 September 2021 - 22:36

İran mətbuatı Ağdamdakı erməni vəhşiliyindən yazdı

Story Code : 955767
İran mətbuatı Ağdamdakı erməni vəhşiliyindən yazdı
İran KİV-i İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İnsan Haqları Komissiyasının rəhbərinə istinadla bildirib ki, işğalçı Ermənistan rejimi son 30 ildə hazırda işğaldan azad edilmiş Ağdam şəhərində tarixi və dini abidələri dağıdıb.

"Yeni Şəfəq" qəzetinin məlumatına görə, Cümə günü Ağdamı ilk dəfə ziyarət edən İslam Əməkdaşlıq Təşkilatının Müstəqil İnsan Haqları Komissiyasının rəhbəri Seyid Məhəmməd Abdullah Umayr əl-Ğəfli deyib:
"Burada görülən dağıntılar böyük bir faciədir. Olduqca narahat edici mənzərəyə şahidik. Mədəni, dini təxribat insanların dini hisslərinə hörmətsizlik və ibtidai insan hüquqlarının kobud şəkildə pozulmasıdır."

İslam Respublikası KİV-i Ağdamın Ermənistan tərəfindən işğalı zamanı, 6 minə yaxın insanın şəhid olduğuna, 126 min nəfərdən artıq ağdamlının öz doğma ev-eşiyindən didərgin düşdüyünə diqqəti yönəldib.