QR CodeQR Code

Taliban beynəlxalq birlikdən möhlət istədi

26 Sep 2021 03:22

İslamTimes: Taliban hərəkatı beynəlxalq birlikdən Əfqanıstanda idarəetməni mühakimə etməzdən əvvəl 20 ay möhlət verməyini istəyib.


Publika.az xəbər verir ki, bunu Əfqanıstanın müvəqqəti hökumətində Taliban tərəfindən təyin edilmiş iqtisadiyyat naziri Kari Din Məhəmməd Hənif deyib.

"Biz dünyadan əvvəlki rejim kimi bizə kömək etməsini və ya bizimlə əməkdaşlıq etməsini istəmirik. Dünya birliyi əvvəlki hakimiyyətə 20 il ərzində kömək etdi, lakin hakimiyyət yenə də uğursuzluğa məruz qaldı. Qoy dünya bizə 20 ay möhlət versin, sonra bacarıb-bacarmamağımızı mühakimə etsin", - Hənif bildirib.

 


Story Code: 955777

News Link :
https://www.islamtimes.org/az/news/955777/taliban-beynəlxalq-birlikdən-möhlət-istədi

Islam Times
  https://www.islamtimes.org