0
Sunday 26 September 2021 - 03:22

Taliban beynəlxalq birlikdən möhlət istədi

Story Code : 955777
Taliban beynəlxalq birlikdən möhlət istədi
Publika.az xəbər verir ki, bunu Əfqanıstanın müvəqqəti hökumətində Taliban tərəfindən təyin edilmiş iqtisadiyyat naziri Kari Din Məhəmməd Hənif deyib.

"Biz dünyadan əvvəlki rejim kimi bizə kömək etməsini və ya bizimlə əməkdaşlıq etməsini istəmirik. Dünya birliyi əvvəlki hakimiyyətə 20 il ərzində kömək etdi, lakin hakimiyyət yenə də uğursuzluğa məruz qaldı. Qoy dünya bizə 20 ay möhlət versin, sonra bacarıb-bacarmamağımızı mühakimə etsin", - Hənif bildirib.