0
Sunday 26 September 2021 - 08:58

ABŞ-da sərnişin qatarı relsdən çıxıb, ölənlər var

Story Code : 955797
ABŞ-da sərnişin qatarı relsdən çıxıb, ölənlər var
APA xəbər verir ki, bu barədə “KXLH” telekanalı ABŞ-ın “Amtrak” dəmir yolu sərnişindaşıma şirkətinə istinadən xəbər yayıb.

Hadisə yerli vaxtla saat 16 radələrində Joplin ərazisi yaxınlığında baş verib.

Qatarda təxminən 147 sərnişin və 13 ekipaj üzvü olub.

CBS-nin yerli polisə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, çox sayda xəsarət alanlar var.

Yaralılar, həmçinin digər sərnişinlər təhlükəsiz şəkildə evakuasiya edilib.