0
Sunday 26 September 2021 - 17:09

Ayətullah Hairi Kürdüstanda keçirilən İsraillə normallaşma toplantısını sərt tənqid etdi

Story Code : 955869
Ayətullah Hairi Kürdüstanda keçirilən İsraillə normallaşma toplantısını sərt tənqid etdi
Bu hadisə İraqda müxtəlif siyasi partiyalar arasında, cəmiyyətin fərqli təbəqələrində mənfi reaksiyalara və geniş qınağa səbəb olub. İraq təqlid mərcələrindən olan Ayətullah Seyyid Kazim Hairi də bu hərəkəti qınayanlardan olub.

Ayətullah Hairinin ofisi belə bir bəyanat yayıb:

"İmam Hüseynin (ə) 40 mərasimi (Ərbəin) ərəfəsindəyik. Milyonlarla azadlıqsevər insan əhdini, beyətini təzələmək üçün imam Hüseynin (ə) müqəddəs hərəminə doğru üz  tutub. Amma digər səmtdə bir qrup xain toplanaraq, işğalçı sionist rejimlə münasibətləri normallaşdırmaq planı cızırlar. Onların məqsədi budur ki, dünyaya elə göstərsinlər ki, guya İraq sionist rejimə dostluq əli uzadır. Biz körpələri, qadınları qətliam edən bir rejimlə yaxınlaşmağı əsla qəbul etmirik!"
Source : وكالات