QR CodeQR Code

Ayətullah Hairi Kürdüstanda keçirilən İsraillə normallaşma toplantısını sərt tənqid etdi

وكالات , 26 Sep 2021 17:09

İslamTimes: Ötən gün İraqın Ərbil şəhərində 300-dən çox müxtəlif qruplardan olan şəxsin iştirakı ilə bir toplantı keçirilib. Bu toplantıda olanlar İraqın sionist rejimlə münasibətlərinin normallaşdırılmasını istəyib.


Bu hadisə İraqda müxtəlif siyasi partiyalar arasında, cəmiyyətin fərqli təbəqələrində mənfi reaksiyalara və geniş qınağa səbəb olub. İraq təqlid mərcələrindən olan Ayətullah Seyyid Kazim Hairi də bu hərəkəti qınayanlardan olub.

Ayətullah Hairinin ofisi belə bir bəyanat yayıb:

"İmam Hüseynin (ə) 40 mərasimi (Ərbəin) ərəfəsindəyik. Milyonlarla azadlıqsevər insan əhdini, beyətini təzələmək üçün imam Hüseynin (ə) müqəddəs hərəminə doğru üz  tutub. Amma digər səmtdə bir qrup xain toplanaraq, işğalçı sionist rejimlə münasibətləri normallaşdırmaq planı cızırlar. Onların məqsədi budur ki, dünyaya elə göstərsinlər ki, guya İraq sionist rejimə dostluq əli uzadır. Biz körpələri, qadınları qətliam edən bir rejimlə yaxınlaşmağı əsla qəbul etmirik!"


Story Code: 955869

News Link :
https://www.islamtimes.org/az/news/955869/ayətullah-hairi-kürdüstanda-keçirilən-israillə-normallaşma-toplantısını-sərt-tənqid-etdi

Islam Times
  https://www.islamtimes.org