QR CodeQR Code

Suriyada silahlılar 15 müəllimi qaçırıblar

27 Sep 2021 00:48

İslamTimes: Özlərini “Suriya Demokratik Qüvvələri” adlandıran kürd-ərəb birləşmələrinin döyüşçüləri Suriyanın şimal-şərqindəki Əl-Haseke əyalətində bir məktəbdən 15 müəllimi qaçırıblar.


APA xəbər verir ki, bu barədə Suriyanın “SANA” agentliyi yerli mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, SDQ döyüşçüləri Kamışlı şəhərinin bir neçə yaşayış massivinə basqın edərək 15 məktəb müəllimini şəhərdə tətbiq olunan komendant saatını pozduqları bəhanəsi ilə naməlum istiqamətə aparıblar.

Qeyd edək ki, kürd silahlı birləşmələri ABŞ ordusunun dəstəyi ilə Əl-Haseke və Rəqqa əyalətlərinin əksəriyyətinə, həmçinin Hələb və Deyr-əz-Zor əyalətlərində bəzi yaşayış məntəqələrinə nəzarət edir.


Story Code: 955901

News Link :
https://www.islamtimes.org/az/news/955901/suriyada-silahlılar-15-müəllimi-qaçırıblar

Islam Times
  https://www.islamtimes.org