QR CodeQR Code

Almaniya MSK Bundestaqa seçkilərin ilkin nəticələrini açıqlayıb

27 Sep 2021 02:46

İslamTimes: Almaniyanın 299 rayonundan biri olan Bavariyada 33,1% səslə Xristian Sosial Birliyi liderdir.


APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu MSK -nın ilkin nəticələri göstərir.

Federal Seçki Komissiyasından verilən məlumata görə, Bavariya Xristian Demokratları 2017-ci ildə keçirilmiş səsvermə ilə müqayisədə təxminən səkkiz faiz itirib.

Almaniya Federativ Respublikasında Bundestaqa seçkilər bazar günü keçirilib, ölkə daxilində təxminən 60 min seçki məntəqəsi yerli vaxtla saat 18:00-dək (Bakı vaxtı ilə 20:00) qədər açıq olub.

Seçkilərin nəticələrinə əsasən, növbəti dörd il müddətinə yeni kanslerin rəhbərliyi ilə yeni hökumət qurulacaq. 16 il Almaniya hökumətinin rəhbəri olan Angela Merkel yeni seçkilərdə iştirak etməyib.


Story Code: 955905

News Link :
https://www.islamtimes.org/az/news/955905/almaniya-msk-bundestaqa-seçkilərin-ilkin-nəticələrini-açıqlayıb

Islam Times
  https://www.islamtimes.org