0
Monday 27 September 2021 - 10:23

Ərdoğan: "İstərdik ki, ABŞ ordusu Əfqanıstan kimi Suriya və İraqdan da çıxarılsın"

Story Code : 955948
Ərdoğan: "İstərdik ki, ABŞ ordusu Əfqanıstan kimi Suriya və İraqdan da çıxarılsın"
APA xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın “CBS” telekanalında yayımlanan “Face the Nation” proqramının aparıcısı Marqaret Brennana müsahibəsində səsləndirib.

“Əlbəttə ki, bir seçimim olsaydı, Əfqanıstanı tərk etdikləri kimi Suriya və İraqdan da ayrılmalarını istərdim”, - deyə Türkiyə Prezidenti müvafiq sualın cavabında bildirib.

“Çünki dünyada sülh yaratmaq niyyətindəyiksə, dünyanın bu bölgələrində qalmağın mənası yoxdur, sadəcə bu xalqlara, bu administrasiyalara imkan verə bilərik ki, öz qərarlarını özləri versinlər”, - deyə Ərdoğan əlavə edib.

Türkiyəli liderin bu sözlərinin qarşılığında jurnalist “Türkiyə Suriyada ABŞ-ın yerini tutmaq niyyətindədirmi” sualını verib.

“Tamamilə açıq və vicdanla söyləyim: heç vaxt bizim qalmağımızı istəmədikləri yerdə qalmayacağıq, heç vaxt xoş gəlmədiyimiz yerdə olmayacağıq”, - deyə Türkiyə lideri cavab verib.

Ərdoğan bildirib ki, ABŞ, Rusiya, İran və Türkiyənin birlikdə Suriya və İraqa sülh yaradılması üçün birgə işləyə biləcəyinə ümid edir: “Ümid edirəm ki, həm Suriyada, həm də İraqda ABŞ, Rusiya, İran və Türkiyə birlikdə bu bölgələrin xalqları üçün sülh naminə çalışa bilər”.