0
Monday 27 September 2021 - 12:41

İraq hökuməti: “İsrail rejimilə razılaşmanı qəti şəkildə rədd edirik"

Story Code : 955993
İraq hökuməti: “İsrail rejimilə razılaşmanı qəti şəkildə rədd edirik"
İraqın baş nazirinin ofisindən verilən açıqlamada belə qeyd edilib: “İraq hökuməti olaraq, bəzi qəbilə nümayəndələrinin İsrail rejimi ilə münasibətlərin normallaşdırılması şüarı üçün Ərbildə qanunsuz görüşlərini qəti şəkildə rədd edirik”.

Sözügedən toplantılara qatılanların İraq xalqını yox, yalnız öz fikirlərini qeyd etdiklərini vurğulayaraq, bu görüşlərin 10 oktyabrda keçiriləcək erkən seçkilərdən əvvəl məzhəb ayrı-seçkiliyini qızışdırmaq məqsədi daşıdığı bildirilib: “Münasibətləri normallaşdırmaq fikrini irəli sürmək hüquqi, konstitusiya və siyasi baxımdan qəbuledilməzdir. İraq hökuməti daha əvvəl İraqın “Fələstinin ədalətli işi, Fələstin xalqının hüquqlarının müdafiəsi, Fələstin dövlətinin paytaxtının Qüds olması və sionist hücumlarına son qoyulması” mövzusunda tarixi və sarsılmaz mövqeyini qeyd etmişdi”.

Xatırladaq ki, Ərbildə dünən (24 sentyabr) qəbilə mənsubları olduğu iddia edilən bir qrup İraqın bəzi digər ərəb ölkələri kimi İsrail rejimi ilə əlaqələr qurmasını istəmişdi. /Deyerler/