0
Monday 27 September 2021 - 20:11

Bayden İsraildən nə istəyib?

Story Code : 956049
Bayden İsraildən nə istəyib?
Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, Naftali Bennet bildirib ki, sentyabrın 9-u Vaşinqtonda Baydenlə görüş zamanı ona üç dəfə yox deyib:
"Baydenə üç dəfə yox dedim. Bir dəfə İran məsələsi ilə bağlı, amma hansı mövzuda yox dediyimi açıqlaya bilmərəm. Onlar bir şey istəmişdilər, mən də yox dedim. İkinci dəfə Qüdsdəki Fələstin konsulluğu haqqında idi. Mən "bu olmayacaq" dedim. Üçüncü dəfə isə məskunlaşma ilə bağlı olub".