QR CodeQR Code

"Həmas" Şin Bet rəhbərinin kimliyini ifşa edib

27 Sep 2021 19:35

İslamTimes: Həmasa (Fələstin İslami Müqavimət Hərəkatı) yaxınlığı ilə tanınan "Fələstin İndi" internet saytı İsrail Daxili kəşfiyyat xidməti (Şin Bet) rəhbərinin "R" kod adı ilə tanınan Ronen Berezovski olduğunu açıqlayıb.


Mənbələrin verdiyi məlumata görə, İsrail "Şin Bet"in yeni rəhbərinin  adını gizli saxlayırdı. Fələstin müqavimət qruplarına qarşı təhlükəli və xüsusi missiyalara görə cavabdehlik daşıyan Berezovski ifşa edilib və axtarışa verilib.

SalamNews xəbər verir ki, internet saytında yerləşdirilən fotoşəkildə "Şin Bet" rəhbərinin adı, soyadı, doğum tarixi, doğum yeri və ev ünvanı var.

Fotonun üzərindəki "Axtarışdadır" və altındakı "Müqavimətin nəzarəti altında" yazısı diqqəti cəlb edir.

İsrail, müqavimət qruplarına aid mənbələrin əldə etdiyi  kəşfiyyat məlumatları ilə əlaqədar heç bir açıqlama verməyib.


Story Code: 956050

News Link :
https://www.islamtimes.org/az/news/956050/həmas-şin-bet-rəhbərinin-kimliyini-ifşa-edib

Islam Times
  https://www.islamtimes.org