QR CodeQR Code

İran Azərbaycanla quru sərhədlərini açır

28 Sep 2021 00:40

İslamTimes: İran oktyabrın 23-dən turistlər üçün sərhədlərini açacaq.


APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın mədəni irs, əl işləri və turizm naziri İzzətullah Zərğami bildirib.

Onun sözlərinə görə, İran Prezidenti Seyid İbrahim Rəisi Nazirlər Kabinetinin iclasında ölkəyə səfər etmək üçün vizaların verilməsi və quru sərhədlərindən turistlərin gediş–gəlişi üçün lazımi infrastrukturun hazırlanmasına göstəriş verib.

Nazir qeyd edib ki, artıq aidiyyəti qurumlara, o cümlədən sərhəd-buraxılış məntəqələrinə bununla bağlı göstəriş verilib. Məlumatda qeyd olunur ki, sərhədlərdən giriş-çıxış üçün hava nəqliyyatında olduğu kimi turistlər peyvənd pasportu və PCR analizi təqdim etməli, eləcə də İranın Səhiyyə Nazirliyinin sağlamlıq protokollarına əməl etməlidirlər.

Məlumata görə, İran oktyabr ayının 23-dən İraq, Əfqanıstan, Türkiyə, Azərbaycan, Naxçıvan Muxtar Respublikası, Ermənistan və Pakistanla quru sərhədlərini açacaq. Quru sərhədlərindən sərnişin avtobusları və şəxsi avtomobillərlə də gediş-gəlişə icazə veriləcək.


Story Code: 956086

News Link :
https://www.islamtimes.org/az/news/956086/iran-azərbaycanla-quru-sərhədlərini-açır

Islam Times
  https://www.islamtimes.org