QR CodeQR Code

Britaniyada yanacaq böhranı: Ordu səfərbər edilir

28 Sep 2021 11:23

İslamTimes: Britaniya hökuməti ölkədə yaşanan yanacaq böhranı səbəbindən ordunu səfərbər etməyi planlaşdırır.


Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.

“Hökumət yanacaqdoldurma məntəqələrində yaranan uzun növbələrə görə ordunu səfərbər etməyi hədəfləyir”, - deyə bildirilib.

“Tayms” nəşri yazır ki, yanacaq tədarükünün kəsilməsinə gətirən sürücü çatışmazlığı səbəbindən hərbçilər məhz yanacaqdaşıyan maşınların sürücüsü kimi işə cəlb oluna bilərlər. “Eskalin əməliyyatı” adlanan plan yalnız vəziyyətin kritik həddə pisləşəcəyi halda tətbiq olunacaq.


Story Code: 956125

News Link :
https://www.islamtimes.org/az/news/956125/britaniyada-yanacaq-böhranı-ordu-səfərbər-edilir

Islam Times
  https://www.islamtimes.org