0
Tuesday 28 September 2021 - 21:19

İordaniya Suriyaya uçuşları bərpa edir

Story Code : 956236
İordaniya Suriyaya uçuşları bərpa edir
"Al-Quds Al-Arabi" informasiya agentliyinin verdiyi xəbərə görə, iki ölkə rəsmiləri arasında danışıqlardan sonra bir neçə mövzu ilə bağlı razılaşmalar imzalanıb. Bu mövzulardan biri də iki ölkə arasında uçuşların 3 oktyabr tarixindən bərpa olunmasıdır.

Qeyd edək ki, İordaniya 2012-ci ildən Suriyaya uçuşları dayandırmışdı.
İki ölkə ticarət, enerji, əkinçilik, nəqliyyat və digər sahələrdə əməkdaşlıqları genişləndirmək barədə razılığa gəliblər.