QR CodeQR Code

İordaniya Suriyaya uçuşları bərpa edir

إسلام تايمز , 28 Sep 2021 21:19

İslamTimes: Suriya və İordaniya rəsmiləri arasında Amman şəhərində hərtərəfli danışıqlar iki gün sonra nəhayət sona çatıb.


"Al-Quds Al-Arabi" informasiya agentliyinin verdiyi xəbərə görə, iki ölkə rəsmiləri arasında danışıqlardan sonra bir neçə mövzu ilə bağlı razılaşmalar imzalanıb. Bu mövzulardan biri də iki ölkə arasında uçuşların 3 oktyabr tarixindən bərpa olunmasıdır.

Qeyd edək ki, İordaniya 2012-ci ildən Suriyaya uçuşları dayandırmışdı.
İki ölkə ticarət, enerji, əkinçilik, nəqliyyat və digər sahələrdə əməkdaşlıqları genişləndirmək barədə razılığa gəliblər.


Story Code: 956236

News Link :
https://www.islamtimes.org/az/news/956236/iordaniya-suriyaya-uçuşları-bərpa-edir

Islam Times
  https://www.islamtimes.org