0
Tuesday 28 September 2021 - 22:53

İraqda partiya sədri İsrailə qurban getdi

Story Code : 956240
İraqda partiya sədri İsrailə qurban getdi
NRT-nin məlumatına görə, "Səhvət əl-İraq" partiyası partiyanın sədri Vesam əl-Hərdanın Ərbildə sionist rejimlə münasibətləri normallaşdırmaq məqsədilə təşkil edilən qanunsuz bir toplantıya qatıldığı üçün vəzifəsindən kənarlaşdırıldığını bəyan edib.

Bazar ertəsi günü yayımlanan bir sənədə görə, Səhvət əl-İraq partiyasının qurucu heyəti elan edib:

"Toplantıdan sonra qərara gəldik ki, partiyanın ilk müavini olmuş Şeyx Məhəmməd Əli Süleyman Xələfi Vesam əl-Hərdanın əvəzinə partiya sədri seçək."

Bu qərar, Sionist rejimlə münasibətləri normallaşdırmaq məqsədilə Ərbildə keçirilən "sülh və barış konfransı"na qatılan Səhvət əl-İraq partiyasının lideri Vesam əl-Hərdanın vəzifədən kənarlaşdırılmasından sonra verilib.