QR CodeQR Code

İraqda partiya sədri İsrailə qurban getdi

إسلام تايمز , 28 Sep 2021 22:53

İslamTimes: İraqda partiya sədri işğalçı İsrail rejimi ilə münasibətlərin normallaşdırılması toplantısına qatıldığına görə kənarlaşdırıldı


NRT-nin məlumatına görə, "Səhvət əl-İraq" partiyası partiyanın sədri Vesam əl-Hərdanın Ərbildə sionist rejimlə münasibətləri normallaşdırmaq məqsədilə təşkil edilən qanunsuz bir toplantıya qatıldığı üçün vəzifəsindən kənarlaşdırıldığını bəyan edib.

Bazar ertəsi günü yayımlanan bir sənədə görə, Səhvət əl-İraq partiyasının qurucu heyəti elan edib:

"Toplantıdan sonra qərara gəldik ki, partiyanın ilk müavini olmuş Şeyx Məhəmməd Əli Süleyman Xələfi Vesam əl-Hərdanın əvəzinə partiya sədri seçək."

Bu qərar, Sionist rejimlə münasibətləri normallaşdırmaq məqsədilə Ərbildə keçirilən "sülh və barış konfransı"na qatılan Səhvət əl-İraq partiyasının lideri Vesam əl-Hərdanın vəzifədən kənarlaşdırılmasından sonra verilib.


Story Code: 956240

News Link :
https://www.islamtimes.org/az/news/956240/iraqda-partiya-sədri-israilə-qurban-getdi

Islam Times
  https://www.islamtimes.org