QR CodeQR Code

Avstraliya əvvəlcə zəmanət verməlidir, sonra... - Fransa

29 Sep 2021 19:04

İslamTimes: Fransa AUKUS tərəfdaşlığı ilə bağlı yüksək səviyyəli əlaqələri bərpa etməzdən öncə Avstraliya ilə məzmunlu dialoq üçün zəmanət gözləyir.


Axar.az xəbər verir ki, bu açıqlama ilə Fransa Prezidentinin müşaviri çıxış edib.

Qeyd edək ki, Avstraliya Fransa ilə 90 milyard Avstraliya dolları (56 milyard avro) dəyərində olan sualtı qayıqlarla bağlı müqavilədən çıxıb və ABŞ və Britaniya ilə AUKUS sazişi imzalayıb. Bu isə Fransanın kəskin etirazına səbəb olub və Paris ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb. Fransa xarici işlər naziri Jan İv Lö Drian sazişin ləğvini xəyanət olaraq dəyərləndirib və Fransanın kürəyindən vurulduğunu deyib.


Story Code: 956371

News Link :
https://www.islamtimes.org/az/news/956371/avstraliya-əvvəlcə-zəmanət-verməlidir-sonra-fransa

Islam Times
  https://www.islamtimes.org