0
Thursday 30 September 2021 - 01:18

ABŞ-ın dəhşətli cinayətinə göz yumuldu

Story Code : 956417
ABŞ-ın dəhşətli cinayətinə göz yumuldu
Hollandiyanın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin yeni prokuroru Kərim Xan, Əfqanıstanlada İŞİD və Taliban terrorçularının cinayətləri ilə bağlı istintaq başladıldığını bildirib.

Bu bir halda baş verir ki, Amerikanın 20 il ərzində Əfqanıstanda minlərlə vətəndaşa qarşı törətdiyi cinayətləri kimsə araşdırmaq istəmir.

"Middle East Eye" saytının məlumatına görə, Kərim Xan iyun ayında Haaqa məhkəməsinin prokuroru seçilib. O bildirib ki, Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsindən sonra ölkədə hərbi cinayətlərlə bağlı araşdırmalar düzgün şəkildə davam edə bilməz.