0
Thursday 30 September 2021 - 11:51

ABŞ Baş Qərargah rəisi: Savaşı uduzduq

Story Code : 956467
ABŞ Baş Qərargah rəisi: Savaşı uduzduq
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Qərargah Rəislərinin Birgə Komitəsinin rəhbəri Mark Milli deyib. Onun sözlərinə görə, Əfqanıstan ABŞ üçün strateji uğursuzluğa çevrildi.

M.Milli Əfqanıstandakı müharibənin son 20 gün və ya 20 ayda yox, xeyli əvvəl uduzulduğunu bildirib. O, ABŞ-ın Əfqanıstanla bağlı yanlış strateji qərarlar qəbul etdiyini vurğulayıb.

General Ağ Evə Əfqanıstanda müəyyən müddət üçün 2500 hərbçi saxlamağı məsləhət gördüyünü, amma administrasiyanın bunu qəbul etmədiyini də bildirib.