0
Thursday 30 September 2021 - 12:31

İbrahim Kalın: Bizim Ermənistanla problemimiz yoxdur

Story Code : 956498
İbrahim Kalın: Bizim Ermənistanla problemimiz yoxdur
SalamNews xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın "Haber Global"a müsahibəsində bildirib.

"Qarabağ məsələsi ilə bağlı üçtərəfli bəyanat imzalanıb, amma sülh müqaviləsi bağlanmayıb. Hər iki tərəfin də razı olacağı  şərtlər müzakirə ediləcək, bu proses davam edir. Ermənistan sadəcə bir Ermənistandan ibarət deyil. Ermənistan kasıb ölkədir, Azərbaycan və Türkiyə isə iqtisadiyyatı inkişaf etmiş ölkələrdir. Ermənilər istəsələr, mövcud vəziyyətdən faydalana bilərlər. Bizim Ermənistanla problemimiz yoxdur. Bu müharibənin sona çatması lazım idi və sona çatdı", Kalın bildirib.