0
Thursday 30 September 2021 - 17:09

Ənsarullah: Sülh istəyənlər, savaşa son verib, Yəməni tərk etsinlər!

Story Code : 956538
Ənsarullah: Sülh istəyənlər, savaşa son verib, Yəməni tərk etsinlər!
Yəmənin Ənsarullah Müqavimət hərəkatının sözçüsü və Yəmən Milli Qurtuluş Hökumətinin müzakirə heyətinin rəhbəri Məhəmməd Əbdül Salam bu gün Twitter sosial şəbəkəsində bildirib:

"Kim sülh istəyirsə, bilsin ki, sülhə nail olmaq üçün müxtəlif mərhələlər var. Bu prosesə təcavüzə son verilməsi, mühasirənin ləğvi, xarici qoşunların Yəməndən çıxarılması, təcavüzün təsirləri ilə mübarizə və cərimələrin ödənilməsi daxildir."

Məhəmməd Əbdül Salam əlavə edib:

"Yəmən xalqı müdafiə mövqeyindədir və heç kimə hücum etməyib! Bu millət tam azadlıq, suverenlik və müstəqillik haqqını tələb edir və qanuni haqqından daha azına razı olmayacaq!"