0
Saturday 2 October 2021 - 11:19

KXDR ABŞ-ın dialoq təklifini cavabsız qoyub

Story Code : 956812
KXDR ABŞ-ın dialoq təklifini cavabsız qoyub
ABŞ Şimali Koreya ilə dialoqa və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etməyə hazırdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

O, qeyd edib ki, rəsmi Vaşinqton hələ bununla bağlı Pxenyandan cavab almayıb.

"Şimali Koreya ilə müzakirə üçün konkret təkliflərlə çıxış etdik. Amma hələ cavab almamışıq. Biz məsələlərin bütün spektrini müzakirə etməyə hazırıq", - Ağ Evin rəsmi nümayəndəsi vurğulayıb.

Psaki əlavə edib ki, Vaşinqton hazırda Koreya Xalq Demokratik Respublikasının son raket buraxılışlarını qiymətləndirir və əlbəttə ki, bu sınaqlardan məlumatlıdır. O, hələlik Pxenyanın Cənubi Koreya ilə ünsiyyət kanallarını bərpa etməyə hazır olduğunu şərh edə bilməyəcəyini söyləyib.