0
Saturday 2 October 2021 - 12:03

İran Bəhreyndə İsrail səfirliyinin açılmasına münasibət bildirib

Story Code : 956819
İran Bəhreyndə İsrail səfirliyinin açılmasına münasibət bildirib
SalamNews xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan rəsmi tvitter səhifəsində yazıb.

İsrailin xarici işlər naziri Yair Lapidin Manamaya səfəri və burada İsrail səfirliyinin açılışını etməsinə münasibət bildirən İran XİN rəhbəri qeyd edib ki, Təl-Əvivin region və Bəhreyn üçün gətirəcəyi ərməğan təhlükə və sabitsizlikdir.

“Bəhreyn hakimiyyətinin saxta sionist rejimini qarşılaması məzlum və müqavimətçi Fələstin xalqına qarşı açıq-aşkar bir xəyanətdir. Biz indi bir ölkə tanıyırıq, onun da adı Fələstindir, paytaxtı da Qüdsdür", deyə İran XİN rəhbəri Bəhreyn hakimiyyətini kəskin tənqid edib.

Qeyd edək ki, son iki gündə Bəhreyndə İsrail səfirliyinin açılmasına görə intensiv etiraz aksiyaları keçirilir.