0
Saturday 2 October 2021 - 17:58

Sionist rejim 3000 fələstinlini zorla köçürməyə çalışır

Story Code : 956881
Sionist rejim 3000 fələstinlini zorla köçürməyə çalışır
Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinə bağlı "Ərazilərin Qorunması və Şəhərsalmaya qarşı Müqavimət" mərkəzi həftəlik hesabatında bildirib ki, Əl-Xəlil şəhəri sakinləri sionistlər tərəfindən inanılmaz vəhşiliklərə məruz qalır. Sionistlər mülki əhalini qorxutmaq və onları köç etmək məcburiyyətində qoymaq məqsədi ilə fələstinlilərə qarşı ağlasığmaz üsullardan istifadə edir.

Hesabatda bildirilir ki, sionist rejim və Fələstin torpaqlarında qeyri-qanuni şəkildə məskunlaşmış sionistlər 38.500 dunam (hər bir dunam 1000 kvadrat metrə bərabərdir) bir sahəyə göz dikiblər. Bu ərazi 3000-dən çox fələstinlinin yaşadığı bir bölgədir.

Əl-Xəlil şəhərindəki fələstinlilər ibtidai ehtiyaclardan belə məhrum edilib. Sionistlər onların mənzillərinə müxtəlif üsullarla zərər toxunduraraq, onları daim qorxu içində saxlamağa və sonda onları öz doğma torpaqlarından köçə vadar etməyə çalışır.