0
Sunday 3 October 2021 - 07:48

İran nüvə razılaşması ilə bağlı danışıqlar aparacaq qrupunu yaradıb

Story Code : 956930
İran nüvə razılaşması ilə bağlı danışıqlar aparacaq qrupunu yaradıb
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

“Müzakirələr aparacaq qrupumuzun tərkibi, demək olar ki, yaradılıb. Danışıqlar xarici işlər nazirlərinin müavinləri səviyyəsində, razılaşmalar isə xarici işlər orqanlarının rəhbərləri səviyyəsində aparılacaq”, - deyə “Fars” agentliyi Abdullahiandan sitat gətirib.