QR CodeQR Code

İsrail rejimi son 21 ildə 2000-dən çox fələstinli uşağı qətlə yetirib

Deyerler , 3 Oct 2021 17:29

Islamtimes - Fələstin Hərbi Əsirləri Araşdırma Mərkəzi 2000-ci ildəki Əl-Əqsa intifadasından sonra 2194 fələstinli uşağın şəhid olduğunu elan edib.



Deyerler.org Hurseda-ya istinadən xəbər verir ki, Əl-Qüds Əl-Ərəbinin yazdığına görə, oktyabrın 1-i Əl-Əqsa İntifadasının 21-ci ildönümü münasibətilə Fələstin Hərbi Əsirləri Araşdırma Mərkəzi bu illər ərzində fələstinli əsir və şəhidlərin sayını açıqlayıb.
 
Xəbərə görə, Əl-Əqsa İntifadasının başladığı gündən etibarən Qəzzada 2194 uşaq şəhid olub.
 
Məlumata görə, hazırda 220 fələstinli uşaq Ofer, Məcdu, Əl-Damun həbsxanalarında və sionist rejimin təcridxanalarında saxlanılır.
 
Fələstin Hərbi Əsirləri Araşdırma Mərkəzi son 21 ildə 103 Fələstin əsirinin şəhid olduğunu, İsrail rejiminin həbsxanalarında ağır işgəncə alan və xəstəliklərinin müalicəsinə laqeyd yanaşılan əsirlərin ümumi sayının 226 nəfərə çatdığını bildirib.
 


Story Code: 957021

News Link :
https://www.islamtimes.org/az/news/957021/israil-rejimi-son-21-ildə-2000-dən-çox-fələstinli-uşağı-qətlə-yetirib

Islam Times
  https://www.islamtimes.org