QR CodeQR Code

Orban: ABŞ AB-ni böyük bazarlardan məhrum edir

4 Oct 2021 10:38

İslamTimes: Brüssel elitasının Rusiya və Çinə qarşı yürütdüyü siyasət Avropa Birliyinin maraqlarına ziddir.
Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.


"Rusiya və Çinə gəldikdə, AB at üzərində oturur və quyruğuna baxır. Zəif olduğumuz yerdə güc nümayiş etdirmək istəyirik və əksinə, ortaqlığa yer olanda oradakı qapıları bağlayırıq. Brüssel elitası ideoloji pərdələr taxıb və Avropanın maraqlarına zidd hərəkət edir", - deyə baş nazir bildirib.

Onun sözlərinə görə, AB Brüsselin Vaşinqtona nəzər salması səbəbindən Şərqin tərəfdaş dövlətlərinin böyük bazarlarını itirir.

Orbanın fikrincə, belə bir vəziyyət qəbuledilməzdir:

"ABŞ Çini ən böyük rəqibi olaraq gördüyü üçün Avropadan böyük iqtisadi fürsətdən istifadə etməməyi istəyə bilməz. Avropanın strateji suverenliyinə ehtiyacı var. Bunun üçün öz hərbi gücü və ticarət siyasəti olmalıdır".


Story Code: 957087

News Link :
https://www.islamtimes.org/az/news/957087/orban-abş-ab-ni-böyük-bazarlardan-məhrum-edir

Islam Times
  https://www.islamtimes.org