0
Monday 4 October 2021 - 01:43

Ayətullah Xamenei regiondakı son hadisələrə münasibət bildirdi - Təfərrüat

Story Code : 957103
Ayətullah Xamenei regiondakı son hadisələrə münasibət bildirdi - Təfərrüat
Ayətullah Xamenei hərbi təhsil alanlara xitab edərək bildirib ki, vətən və millətin möhkəm qalası olan İran Silahlı Qüvvələri ölkənin qürur mənbəyidir.

Ayətullah Xamenei Hz.Əlinin "Əsgərlər Allahın izni ilə xalqın qalasıdır" hədisinə işarə edərək, "Silahlı qüvvələrimiz daxili və xarici düşmənlərin sərt təhdidlərinə qarşı həqiqətən möhkəm bir müdafiə qalxanıdır", - deyib.

İslam İnqilabının rəhbəri təhlükəsizliyin əhəmiyyətinə toxunaraq, "O kəslər ki, güman edirlər ki başqalarına güvənmək xəyalı ilə öz təhlükəsizliklərini təmin edə bilərlər, bilsinlər ki, bunun şilləsini tezliklə dadacaqlar", - ifadəsini işlədib.

Xarici qüvvələrin bölgədəki varlığını tənqid edən Ayətullah Xamenei deyib:

"ABŞ hərbçilərinin və xarici qüvvələrin regionda olması dağıntılara və qarşıdurmalara səbəb oldu. Hər kəs öz millətinə güvənərək ölkəsinin və ordusunun müstəqilliyi üçün çalışmalı və regionun digər qonşu ölkələri ilə hərbi əməkdaşlıq çərçivəsində hərəkət etməlidir.

Təchizatlı ABŞ ordusu "Taliban"ı devirmək məqsədi ilə qonşu Əfqanıstana girdi. 20 il bu ölkədə qaldı, qırğınlar və cinayətlər törətdi və narkotiklərə təşviq etdi. Bu ölkənin məhdud infrastrukturunu dağıdan ABŞ 20 ildən sonra hökuməti "Taliban"a təhvil verib getdi.

Region ölkələrinin orduları öz təhlükəsizliklərini təmin edə bilərlər. Onlar maraqlarını qorumaq üçün xarici qüvvələrin müdaxiləsinə və ya ərazilərində hərbi varlığına icazə verməməlidirlər".

İslam İnqilabının rəhbəri İranın şimal-qərbindəki ölkələrin məsələləri ilə əlaqədar olaraq "İranın şimal-qərbində bəzi qonşu ölkələrdə baş verən hadisələrin həlli xarici qüvvələrin bu ölkələrə müdaxiləsinin qarşısını almaqdır", - deyib.

Ayətullah Xamenei "Silahlı qüvvələrimiz hər zaman məntiqlə hərəkət edir. Bu davranış mövcud problemlərin həllində digər ölkələr üçün nümunə olmalıdır. Hər kəs bilməlidir ki, qardaşları üçün quyu qazan şəxs birinci özü düşər", - söyləyib. /Eastnews/