0
Monday 4 October 2021 - 11:51

Paşinyan Əliyevlə görüşə hazır olduğunu açıqlayıb

Story Code : 957105
Paşinyan Əliyevlə görüşə hazır olduğunu açıqlayıb
SalamNews bu barədə "Anadolu"ya istinadən xəbər verir.

“Azərbaycan Prezidenti mənimlə görüşməyə hazır olduğunu bildirdi. Mən hələ iyul ayında yüksək səviyyəli görüşlərə hazır olduğumuzu açıqladım. Qarşıdakı görüşə bütün xəritələri (mina sahələrini) gətirməyə hazıram və Azərbaycan Prezidentindən bütün əsirlərimizi özü ilə gətirməsini xahiş edirəm", Paşinyan Litvada erməni icması ilə görüşdə bildirib.

"Əvvəllər əlimizdəki xəritələri təhvil verdik. Keyfiyyət problemlərini istisna etmirəm, amma bu xəritələri hazırlayanlardan asılıdır. Başqa xəritələrimiz yoxdur və məqsədimiz kimisə aldatmaq deyil. Ancaq kiçik addımlarla inam qurmağa nail olmaq vacibdir. Bu, humanitar məsələlərin həlli, əsirlərin evlərinə qaytarılması üçün vacibdir ”, - Paşinyan deyib.