QR CodeQR Code

Paşinyan Əliyevlə görüşə hazır olduğunu açıqlayıb

4 Oct 2021 11:51

İslamTimes: Ermənistanın baş naziri Nikol Paşinyan İlham Əliyevlə görüşməyə və Bakıda saxlanılan "erməni əsirlərini" mina sahəsi xəritələri ilə mübadilə etməyə hazır olduğunu açıqlayıb.


SalamNews bu barədə "Anadolu"ya istinadən xəbər verir.

“Azərbaycan Prezidenti mənimlə görüşməyə hazır olduğunu bildirdi. Mən hələ iyul ayında yüksək səviyyəli görüşlərə hazır olduğumuzu açıqladım. Qarşıdakı görüşə bütün xəritələri (mina sahələrini) gətirməyə hazıram və Azərbaycan Prezidentindən bütün əsirlərimizi özü ilə gətirməsini xahiş edirəm", Paşinyan Litvada erməni icması ilə görüşdə bildirib.

"Əvvəllər əlimizdəki xəritələri təhvil verdik. Keyfiyyət problemlərini istisna etmirəm, amma bu xəritələri hazırlayanlardan asılıdır. Başqa xəritələrimiz yoxdur və məqsədimiz kimisə aldatmaq deyil. Ancaq kiçik addımlarla inam qurmağa nail olmaq vacibdir. Bu, humanitar məsələlərin həlli, əsirlərin evlərinə qaytarılması üçün vacibdir ”, - Paşinyan deyib.


Story Code: 957105

News Link :
https://www.islamtimes.org/az/news/957105/paşinyan-əliyevlə-görüşə-hazır-olduğunu-açıqlayıb

Islam Times
  https://www.islamtimes.org