0
Tuesday 5 October 2021 - 16:47

Taliban: İŞİD-ə bu icazəni verməyəcəyik!

Story Code : 957305
Taliban: İŞİD-ə bu icazəni verməyəcəyik!
Əfqanıstanın Herat vilayətindəki Taliban valisinin müavini İranın bu ölkəyə dördüncü humanitar yardımını qəbul edən zaman təkidlə bildirib ki, yeni Əfqanıstan hakimiyyəti İŞİD terrorçularının bu ölkə ərazisindən istifadə edərək İran İslam Respublikasına qarşı fəaliyyət göstərməsinə əsla izn verməyəcək.

Taliban-ın Herat vilayətindəki valisinin müavini Mövləvi Şirəhmad Əmmar Mühacir bu açıqlamanı İranın Xorasan Rəzəvi əyalətindəki yerli səlahiyyətlilərə görüş əsnasında verib.

Bazar ertəsi günü Herat valisinin müavini İslam-Qala sərhəd keçidinin sıfır nöqtəsində İranın Xorasan Rəzəvi əyalətinin bir sıra yerli rəsmiləri və İranın Taybad sərhəd şəhərinin polis rəisi ilə görüşüb.