QR CodeQR Code

Səudiyyə Ərəbistanı daha bir günahsız şəxsi edam etdi

إسلام تايمز , 5 Oct 2021 20:38

İslamTimes: Səudiyyə Ərəbistanı 2021-ci ilin əvvəlindən bu yana 50-dən çox edam hökmünü icra edib.


Səudiyyə Ərəbistanının "Kanal 24" şəbəkəsi bu gün günorta saatlarında Səudiyyə Ərəbistanında siyasi məhbus Müslim bin Məhəmməd əl-Möhsinin edam edildiyi barədə məlumat yayıb.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi edam edilən şəxsə qarşı əsassız ittihamlar irəli sürərək, bu siyasi məhbusun terror qruplaşması ilə əlaqəli olduğunu, yüksək səviyyəli Səudiyyə rəsmilərinə silahlı əməliyyat keçirmək istədiyini, Səudiyyə rejimi qüvvələrinə hücum məqsədilə Molotov kokteyli hazırladığını iddia edib.

Qeyd edək ki, edam edilən Səudiyyə vətəndaşı 2015-ci ildə Səudiyyə Ərəbistanının şərqindəki Qatif əyalətinin şiələr yaşayan Əl-Əvamiyyə kəndində həbs edilib. Sələfi olduğunu iddia edən İŞİD, Ən-Nüsrə kimi terrorçuları himayə edən Səudiyyə rejimi şiə məzhəbindən olan sakinlərinə qarşı inanılmaz vəhşiliklərə əl atır.

İnsan haqları təşkilatlarının məlumatına görə, Səudiyyə Ərəbistanı 2021-ci ilin əvvəlindən bu yana 50-dən çox edam hökmünü icra edib.


Story Code: 957332

News Link :
https://www.islamtimes.org/az/news/957332/səudiyyə-ərəbistanı-daha-bir-günahsız-şəxsi-edam-etdi

Islam Times
  https://www.islamtimes.org