0
Wednesday 6 October 2021 - 09:00

Stoltenberq Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağı vaxtı açıqlayıb

Story Code : 957411
Stoltenberq Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağı vaxtı açıqlayıb
APA-nın məlumatına görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brukinqs İnstitutu ilə Corctaun Universitetinin birgə təşkil etdiyi onlayn tədbirdə bildirib.

“Bu barədə dünən ABŞ Prezidenti Co Baydenlə danışığım zamanı da demişəm: Səylərimizi artırmalı və NATO-ya qoşulmaq istəyən bu ölkələr üçün daha çox iş görməliyik”, deyə baş katib vurğulayıb.

Stoltenberqin sözlərinə görə, hər iki ölkə NATO-dan daha çox dəstək almalıdır: “Bu ölkələrin korrupsiyaya qarşı mübarizə və lazımi islahatlar aparmaq üçün də köməyə ehtiyacları var. Rusiya da daxil olmaqla, digər ölkələr Gürcüstan və Ukraynanın ittifaqa qoşulmaq istəyinə təsir etməməlidir”.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a səfəri zamanı bəyan etmişdi ki, ölkəsi alyansa daxil olmasa, NATO daha zəif olacaq.