0
Thursday 7 October 2021 - 16:08

Səudiyə rejimi Yəmənin 25 min ton yanacağını ələ keçirdi

Story Code : 957630
Səudiyə rejimi Yəmənin 25 min ton yanacağını ələ keçirdi
"Səudiyə rejimi BMT-icazəsi olan Yəmən xalqı üçün göndərilmiş 25 min ton dizel yanacağı daşıyan C-Heliosu tankerini Hudeyda limanına girməsinin qarşısını alaraq ələ keçirib”, - deyə Yəmən Neft Şirkəti bildirib.

"Deyerler.org"un Yaxın Şərq KİV-nə istinadən verdiyi xəbərə görə, Yəmən Milli Neft Şirkəti Yəmənə yanacaq idxalı ilə bağlı öhdəliklərini yerinə yetirmədiyinə və təcavüzkarlardan ibarət Səudiyə rejiminin koalisiyasına dəstək verdiyinə görə, BMT-ni bir daha tənqid edib. Səudiyə rejiminin təcavüzkar koalisiyası dəfələrlə Yəmənə yanacaq, ərzaq və tibbi avadanlıq daşıyan gəmiləri ələ keçirib. Yəmən son 6 ildə Səudiyə rejimi tərəfindən mühasirəyə alınması səbəbindən ciddi yanacaq, ərzaq və tibbi avadanlıq çatışmazlığı ilə üzləşib. BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bu yaxınlarda Yəmənin tarixin ən pis humanitar fəlakəti ilə üzləşdiyini etiraf etdi.