0
Thursday 7 October 2021 - 18:50

Xarici qüvvələr Həşd əl-Şəbini vurmaqla, İraqa zərər toxundurmaq istəyirlər

Story Code : 957659
Xarici qüvvələr Həşd əl-Şəbini vurmaqla, İraqa zərər toxundurmaq istəyirlər
"Əl-Əhd" telekanalının verdiyi məlumata görə, İraqdakı "Əsaib Əhl-əl-Haqq" hərəkatının baş katibi Şeyx Qeis əl-Xəzəli ölkənin təhlükəsizlik qüvvələrinə ünvanladığı mesajda deyib:

"Xarici bir iradə Həşd əl-Şəbini məhv edərək İraqa zərər vermək niyyətindədir..."

Xəzəli əlavə edib:

"Qarşımıza yeni bir vəzifə qoyduq və buna müvəffəq olacağıq! İraqı bu sınaqdan təhlükəsiz şəkildə keçirəcəyik. Həşd əl-Şəbi digər təhlükəsizlik qüvvələrimizlə birlikdə İraqın nə qədər sağlam olduğunu və heç kimin ona zərər toxundura bilməyəcəyini sübuta yetirib..."

Qeyd edək ki, İraqın İŞİD terrorçularından təmizlənməsində əvəzzsiz rol oynayan Həşd əl-Şəbi Hərəkatı tez-tez Amerika tərəfindən hava hücumlarına məruz qalır.