QR CodeQR Code

“Taliban” terror törədənləri cəzalandıracağına söz verdi

9 Oct 2021 01:38

İslamTimes: Bir müddət əvvəl Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı bu gün Qunduz vilayətindəki məsciddə baş verən partlayışa görə məsuliyyət daşıyan hər kəsi cəzalandıracağını vəd edib.


Modern.az xəbər verir ki, bu barədə hərəkatın mətbuat katibi Zəbihullah Mücahid bildirib.

O qeyd edib ki, “Taliban” baş vermiş hücumu qınayır və günahkarları tapıb cəzalandıracağını vəd edir.

Xatırladaq ki, Əfqanıstanın şimalında yerləşən Qunduz əyalətindəki Seyid Abad məscidində terror aktı törədilib. Hücum insanların cümə namazına toplaşdığı vaxt baş verib. İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Hadisə nəticəsində 100-dən artıq ölən və yaralanan var.


Story Code: 957833

News Link :
https://www.islamtimes.org/az/news/957833/taliban-terror-törədənləri-cəzalandıracağına-söz-verdi

Islam Times
  https://www.islamtimes.org