0
Saturday 9 October 2021 - 01:38

“Taliban” terror törədənləri cəzalandıracağına söz verdi

Story Code : 957833
“Taliban” terror törədənləri cəzalandıracağına söz verdi
Modern.az xəbər verir ki, bu barədə hərəkatın mətbuat katibi Zəbihullah Mücahid bildirib.

O qeyd edib ki, “Taliban” baş vermiş hücumu qınayır və günahkarları tapıb cəzalandıracağını vəd edir.

Xatırladaq ki, Əfqanıstanın şimalında yerləşən Qunduz əyalətindəki Seyid Abad məscidində terror aktı törədilib. Hücum insanların cümə namazına toplaşdığı vaxt baş verib. İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Hadisə nəticəsində 100-dən artıq ölən və yaralanan var.