0
Saturday 9 October 2021 - 02:17

Bayden Trampa vacib sənədləri gizlətməyə imkan verməyib

Story Code : 957834
Bayden Trampa vacib sənədləri gizlətməyə imkan verməyib
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib.

“Prezident aydın şəkildə bildirib ki, həmin hadisələrin bir daha təkrarlanmasının qarşısını almaq üçün insanların və Konqresin o gün baş verənləri tam şəkildə anlaması vacibdir”, - Psaki belə deyib.

Onun sözlərinə görə, hazırkı administrasiya yanvarın 6-da baş verənlərə ciddi yanaşır, buna görə də davam edən araşdırma çərçivəsində Konqres komissiyası ilə də əməkdaşlıq edir.

Psaki qeyd edib ki, sənədlərin qanunverici komissiyaya verilməməsi üçün Trampın müraciət etmək istədiyi qanuni arayış bu halda tətbiq olunmur.