QR CodeQR Code

Bayden Trampa vacib sənədləri gizlətməyə imkan verməyib

9 Oct 2021 02:17

İslamTimes: ABŞ prezidenti Co Bayden sələfi Donald Trampın yanvarın 6-da Kapitoli binasına edilmiş hücum günü nə işlə məşğul olmasına dair sənədləri gizlətməsinə icazə verməyib.


APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib.

“Prezident aydın şəkildə bildirib ki, həmin hadisələrin bir daha təkrarlanmasının qarşısını almaq üçün insanların və Konqresin o gün baş verənləri tam şəkildə anlaması vacibdir”, - Psaki belə deyib.

Onun sözlərinə görə, hazırkı administrasiya yanvarın 6-da baş verənlərə ciddi yanaşır, buna görə də davam edən araşdırma çərçivəsində Konqres komissiyası ilə də əməkdaşlıq edir.

Psaki qeyd edib ki, sənədlərin qanunverici komissiyaya verilməməsi üçün Trampın müraciət etmək istədiyi qanuni arayış bu halda tətbiq olunmur.


Story Code: 957834

News Link :
https://www.islamtimes.org/az/news/957834/bayden-trampa-vacib-sənədləri-gizlətməyə-imkan-verməyib

Islam Times
  https://www.islamtimes.org