0
Saturday 9 October 2021 - 13:27

Türkiyə-İran siyasi məsləhətləşmələrində Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub

Story Code : 957904
Türkiyə-İran siyasi məsləhətləşmələrində Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub
APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ankarada ötən gün Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal və İran xarici işlər nazirinin müavini Əli Baqiri Keninin sədrliyi ilə siyasi məsləhətləşmələr keçirilib.

Məsləhətləşmələrdə Türkiyə-İran münasibətləri, eyni zamanda, Suriya, Əfqanıstan, Qafqaz və Yəmən başda olmaqla regional və beynəlxalq vəziyyət barədə fikir mübadiləsi aparılıb.