QR CodeQR Code

Suriya İsrail rejiminin raket hücumunu dəf etdi. 6 yaralı var

9 Oct 2021 15:26

İslamTimes: Suriyanın hava hücumundan müdafiə sistemləri İsrail rejiminin Homs vilayətinin şərqində yerləşən T4 hərbi aviabazasına atdığı raketlərin çoxunu məhv etməyi bacarıb.


Suriyanın SANA dövlət xəbər agentliyi bir hərbi mənbəyə istinadən dünən (8 oktyabr) verdiyi xəbərində bunları qeyd edib: “Bu axşam saat 21:33 radələrində düşmən İsrail rejimi Əl-Tanf bölgəsindən T4 hərbi aviabazasına raket hücumu etdi və hava hücumundan müdafiə sistemlərimiz atılan raketlərin əksəriyyətini vuraraq yerə saldı”.

Mənbə sözügedən hücumun altı əsgərin yaralanması və bəzi maddi itkilərlə nəticələndiyini də SANA-ya bildirib.


Story Code: 957912

News Link :
https://www.islamtimes.org/az/news/957912/suriya-israil-rejiminin-raket-hücumunu-dəf-etdi-6-yaralı-var

Islam Times
  https://www.islamtimes.org