0
Saturday 9 October 2021 - 19:19

ABŞ və Yunanıstandan Türkiyəni narahat edəcək addım

Story Code : 957950
ABŞ və Yunanıstandan Türkiyəni narahat edəcək addım
"DefenseWorld" saytının verdiyi məlumata görə, Amerika Birləşmiş Ştatları F-15 qırıcılarını Yunanıstanın Larisa şəhərinə endirib. İki ölkə Aralıq dənizi və Balkan bölgəsində təhlükəsizliyin təmini bəhanəsi ilə birgə təlim keçirməyi planlayır.

Bu təlimlər Türkiyənin, Yunanıstan parlamentinin Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsinə görə narahat olduğunu bildirməsi dönəminə təsadüf edir.

Yunan ordusunun verdiyi açıqlamada qeyd edilir ki, ABŞ-la birgə təlimlərə müasir müdafiə missiyaları, hücum aviasiyası taktikası, hava dəstəyi, quruda və dənizdə hədəflərə hücum və dəniz qüvvələrinə dəstək daxildir.

Qeyd edək ki, Şərqi Aralıq dənizi bölgəsində hazırda Yunanıstanla Türkiyə arasında ciddi gərginlik yaşanır.