0
Saturday 9 October 2021 - 19:40

Amnesty International: BMT müfəttişlərinin Yəməndə işinə xitam verməsi rüsvayçılıqdır!

Story Code : 957955
Amnesty International: BMT müfəttişlərinin Yəməndə işinə xitam verməsi rüsvayçılıqdır!
BMT müfəttişlərinin Yəməndəki missiyasının uzadılması layihəsinin təsdiqlənməməsindən sonra bu mövzuya ciddi etirazlar edilib. Amnesty International Təşkilatı öz bəyanatında bildirib ki, bu qərar Səudiyyə rejiminin təzyiqləri nəticəsində alınıb.

"Al-Khabar Al-Yemeni" internet saytının verdiyi məlumata görə, Amnesty International-ın bəyanatında qeyd edilib ki, müfəttişlərin missiyasına son verilməsi BMT-nin İnsan Haqları Şurası adına böyük bir ləkədir!

Qeyd edək ki, "Amnesty International"-dan əlavə, "International Service for Human Rights" və digər insan haqqlarının müdafiəsi təşkilatları da Yəmən xalqına qarşı cinayətlərin ört-bastır edilməsini qınayıb.