QR CodeQR Code

Amnesty International: BMT müfəttişlərinin Yəməndə işinə xitam verməsi rüsvayçılıqdır!

إسلام تايمز , 9 Oct 2021 19:40

İslamTimes: İnsan haqları təşkilatları bildirib ki, BMT müfəttişləri Səudiyyə rejiminin təzyiqləri nəticəsində Yəməndəki missiyasına xitam verib


BMT müfəttişlərinin Yəməndəki missiyasının uzadılması layihəsinin təsdiqlənməməsindən sonra bu mövzuya ciddi etirazlar edilib. Amnesty International Təşkilatı öz bəyanatında bildirib ki, bu qərar Səudiyyə rejiminin təzyiqləri nəticəsində alınıb.

"Al-Khabar Al-Yemeni" internet saytının verdiyi məlumata görə, Amnesty International-ın bəyanatında qeyd edilib ki, müfəttişlərin missiyasına son verilməsi BMT-nin İnsan Haqları Şurası adına böyük bir ləkədir!

Qeyd edək ki, "Amnesty International"-dan əlavə, "International Service for Human Rights" və digər insan haqqlarının müdafiəsi təşkilatları da Yəmən xalqına qarşı cinayətlərin ört-bastır edilməsini qınayıb.


Story Code: 957955

News Link :
https://www.islamtimes.org/az/news/957955/amnesty-international-bmt-müfəttişlərinin-yəməndə-işinə-xitam-verməsi-rüsvayçılıqdır

Islam Times
  https://www.islamtimes.org