QR CodeQR Code

Bu gün İraqda erkən parlament seçkiləri keçirilir

10 Oct 2021 07:36

İslamTimes: Bu gün İraqda Nümayəndələr Şurasına (parlament) erkən seçkilər keçiriləcək.


APA TASS-a istinadən xəbər verir ki, 329 deputat mandatı üçün 3,2 mindən çox namizəd mübarizə aparacaq.

Namizədlərdən 951-i qadındır. 789 nəfər isə müstəqil namizəd kimi qeydiyyatdan keçib.

Seçkidə 83 seçki dairəsində 109 partiya və 21 siyasi koalisiya iştirak edir.

Qeyd edək ki, 40 milyon əhalisi olan İraqda, təxminən 26,9 milyon insanın səsvermə hüququ var.


Story Code: 957998

News Link :
https://www.islamtimes.org/az/news/957998/bu-gün-iraqda-erkən-parlament-seçkiləri-keçirilir

Islam Times
  https://www.islamtimes.org