QR CodeQR Code

İŞİD yoxdur, Bayden isə coğrafiyanı "unudub"

10 Oct 2021 10:42

İslamTimes: Türkiyə BMT-nin 51-ci maddəsinə əsasən terror təşkilatlarına qarşı özünümüdafiə hüququndan istifadə edir.


Axar.az xəbər verir ki, bunu türk professor Məsud Haqqı Çaşın ABŞ Prezidenti Co Baydenin “Türkiyənin Suriyadakı hərbi əməliyyatları İŞİD-lə mübarizəmizi baltalayır” fikrini şərh edərkən deyib.

“Hər halda Bayden bölgənin coğrafiyasını unudub. Ora Suriya torpağıdır. Biz də BMT-nin 51-ci maddəsinə əsasən terror təşkilatlarına qarşı özünümüdafiə hüququndan istifadə edirik. Bundan başqa, ABŞ-ın da imzaladığı çox vacib BMT qətnaməsi var. Əgər bir dövlət öz ərazisinin başqa bir dövlətə qarşı terror bazası olaraq istifadə edilməsinə icazə verərsə, zərər çəkmiş dövlətin özünü qorumaq haqqı vardır. O torpaqlardan istifadə edən dövlət də məsuliyyət daşıyır.

Artıq İŞİD deyilən terror təşkilatı yoxdur. ABŞ-ın eks-prezidenti Donald Tramp İŞİD-i Obama və Klintonun yaratdığını iddia edirdi. İndi İŞİD hardadır? Yoxdur”, - professor bildirib.


Story Code: 958012

News Link :
https://www.islamtimes.org/az/news/958012/işid-yoxdur-bayden-isə-coğrafiyanı-unudub

Islam Times
  https://www.islamtimes.org