0
Sunday 10 October 2021 - 14:54

Türk əsgərinin başına çuval keçirən general öldü

Story Code : 958025
Türk əsgərinin başına çuval keçirən general öldü
Axar.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Odierno xərçəngdən ölüb.

Qeyd edək ki, Odierno 2003-cü ildə İraqdakı türk əsgərlərinin başına çuval keçirtdiyi üçün Türkiyə ictimaiyyətində "çuvalçı general" kimi tanınırdı.

İraqda xidmət etdiyi dövrdə Odiernonun rəhbərlik etdiyi amerikalı hərbçilər evlərin qapılarını qırıb iraqlıları küçələrə sürüyürdü. O, 2003-cü ildə Əbu Qreyb həbsxanasında 4-cü Piyada Diviziyasına da komandanlıq edib. ABŞ əsgərləri tərəfindən məhbuslara işgəncə verilməsi, təcavüz edilməsi ilə gündəmə gəlmişdi.