QR CodeQR Code

İran: Hər zaman Suriya xalqının yanında olacağıq

10 Oct 2021 15:34

İslamTimes: Suriya inkişaf və tərəqqi yolundadır və İran Suriyaya qarşı terror savaşında olduğu kimi, Dəməşqin tərəfində qalacaq.


Publika.az Axar.az-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian deyib.

“Moskva və Beyrut səfərimin davamı olaraq məsləhətləşmələri başa çatdırmaq və Prezident Bəşər Əsədlə görüşmək üçün bu gün Dəməşqə gəldim. İran İslam Respublikasının strateji tərəfdaşları və dostları, o cümlədən Suriya ilə görüşərək, söhbət edərək və məsləhətləşərək regional hadisələrə və ikitərəfli əlaqələrə hər zaman ciddi diqqət göstərmişik”, - İran XİN başçısı bildirib.


Story Code: 958031

News Link :
https://www.islamtimes.org/az/news/958031/iran-hər-zaman-suriya-xalqının-yanında-olacağıq

Islam Times
  https://www.islamtimes.org